Сайт посвященный истории Кавказского региона

суббота, 16 октября 2021 г.

Müsəlman rəvayət və hədislərində Xetturanın adı çox zaman “gələcəkdə şərqdən axın edən Kantura övladlarının ordusunun Fərat və Dəclə hövzələrinə edəcəkləri basqınlar” kimi düşüncələrlə əlaqədar hallanırdı. O dövrün bir çox şərhçilərinin fikrinə görə “Kantura övladları” deyildikdə türklər nəzərdə tutulurdu. Daha konkret olaraq isə səlcuqların da daxil olduğu Xorasan türkləri idi. 


Orta əsr erməni müəllifləri türklərlə part Arsakilərin eyni soydan gəldiyini təsdiq edirdilər

Əməvi xəlifəsi Müaviyə (661—685) ilə əlaqədar aşağıdakı hadisə tarixi qeydlərə keçmişdir:

İbn Zül-Kala istinadən Nuaym söylədi: “Mən Müaviyənin yanında olarkən Ərməniyyə canişinindən məktub gəldi. Müaviyə onu oxudu və bərk əsəbiləşdi. Katibi yanına çağırdı. Ona bunları söylədi: “onun məktubuna cavab olaraq bunları yaz... Sən deyirsən ki, türklər sənin torpaqlarına axın etdilər və qənimət topladılar. Sən isə onların arxasınca adamlarını göndərdin, onlar da qəniməti geri aldılar. Sənə deyirəm, onları heç bir hərəkətinlə qıcıqlandırma, fərz et ki, səni uşaqlıqda anan itirib və bu itkinin heç bir bədəllə yeri dolmayacağı kimi onlardan nəyisə geri alma. Allahın elçisinin dilindən eşitmişdim (ona həmdü-sənalar olsun). “Onlar bizim əcdadların yurdlarına qədər irəliləyəcəklər” [1, s. 23] İbn əl-Fakih Həmədani (IX ə.) ƏXBAR əl BULDAN

Kantura müsəlman rəvayətlərə görə İbrahim peyğəmbərin üçüncü, bibleist ənənəyə görə isə ikinci xanımıdır. Onun adı Bibliyada Xettura kimi keçir. Ərəblərin əcdadı sayılan İbrahim peyğəmbərin oğlu İsmayılın anası Həcər köhnə ətiq ənənələrinə görə İbrahim peyğəmbərin xanımı deyil, kənizi sayılır. Bu səbəbdən də Xettura patriarx Avraamın sayca ikinci xanımı kimi qəbul olunur.

Müsəlman rəvayət və hədislərində Xetturanın adı çox zaman “gələcəkdə şərqdən axın edən Kantura övladlarının ordusunun Fərat və Dəclə hövzələrinə edəcəkləri basqınlar” kimi düşüncələrlə əlaqədar hallanırdı. O dövrün bir çox şərhçilərinin fikrinə görə “Kantura övladları” deyildikdə türklər nəzərdə tutulurdu. Daha konkret olaraq isə səlcuqların da daxil olduğu Xorasan türkləri idi. 

Maraqlı burasındadır ki, tarixi Armeniyanı 400 ildən artıq idarə etmiş part Arsakilər erməni səlnaməçilik ənənəsinə görə Xettura övladları sayılırlar. Xatırladaq ki, Armeniyanı vəftiz edən aydınladıcı Qriqori də o nəsildən gəlirdi. Saklardan olan part Arsakilər özləri də ilk olaraq Baktriya-Xorasan ərazilərində taxta çıxmışdılar.

Həm İslam, həm də Bibliya ənənəsinə görə İbrahim peyqəmbər Kantura ilə ilk xanımı Saranın ölümündən sonra evlənmişdir. Erkən müsəlman ərəb rəvayətlərinə görə Xorasan türkləri İbrahim peyqəmbərin Kanturadan doğulan dörd oğlunun nəsilləri idilər. Bu rəvayətlərin hansı tarixi bilgilərə əsaslandığı məlum deyil. Çünki, İslama qədərki ərəb mətnləri əsasən günümüzə qədər gəlib çatmayıbdır. Amma ola bilsin bu qənaətlər üçün hansısa xatirələr mövcud olmuşdur. Maraqlısı budur ki, bəzi tarixi məlumatlara görə Xorasan türkləri artıq Abbasi xəlifələri dövründə əcdadları barədə bu geneoloji xətti qəbul edirdilər. Və bəzən də ərəblərlə polemika zamanı özlərini onlardan üstün tuturdular. Buna misal olaraq ərəb müəllifi İbn əl-Cahizin xatirələrində (?-869 illər) keçən Xorasan türkləri ilə ərəblər arasındakı əsli-nəcabətləri barədə mübahisədir:

Sonra türklər müqayisə üçün dəlil gətirərək bunları söylədilər: “Siz deyirsiz ki, xəlifəyə yaxınlıq qazanılan xidmətlərlə ölçülür. O zaman biz itaət göstərərək sizdən daha əvvəl sevgi və xeyirxah nəsihətlərə layiq görüldük. Yox əgər yaxınlıq əsli-nəcabətlə ölçülürsə, o zaman da bizim daha yaxın əqraba bağlarımız vardır. Ərəblər kəhtanilər və adnanilər olaraq iki qrupa bölünürlər. Kəhtanilərə gəldikdə əslimizə görə biz kəhtanilərlə müqayisədə xəlifələrə daha yaxınıq. Çünki xəlifələr Kəhtan və Abirlə heç bir əlaqəsi, münasibəti olamayan İbrahim oğlu İsmayılın soyundan gəlirlər. İbrahim (ona həmdü-sənalar olsun) qiptilərdən olan Həcərdən İbrahimi, aramilərdən gələn Saradan İshaqı və saf ərəblərdən olan Məftunun qızı Kanturadan digər altı oğulu dünyaya gətirdi. Və kəhtanilərlə müqayisədə bizim anamız daha nəcabətli idi, çünki o saf ərəblərdəndi. Çünki onun altı oğlundan dördü sonraları Xorasanda peyda oldular və Xorasan türklərinin nəsilləri onlardan gəlir” [ibid, c.96].

Bu cür müsahibə və debatlar onu göstərir ki, hələ erkən Xilafət dövründə bizə günümüzdə məlum olmayan qaynaqlara ithafən geneoloji köklər barədə mülahizələr yer alırdı. Lakin müsəlman aləmində türklərin geneologiyaisını həm də Nuhun oğlu Yafəsə götürürdülər. Bu cür ikili geneoloji xətt də tarixi baxımdan ziddiyyət yaradırdı. Bu səbəbdən də yalnız Xorasan türklərinin İbrahimin soyundan gəldiyi iddiaları söylənirdi. Onların xəzərlərlə, yəni Aşina soyundan gələn türklərlə evlilik bağları isə bu ziddiyyəti ortadan qaldırırdı. Bu barədə digər ərəbcə qaynağın müəllifi İbn Fakihdə məlumat vardır:

Əbu Abdallah Hüseyn bin Ustazvayh mənə Əbu İshaq İbrahim bin əl-Hasanın dilindən eşitdiyini, o da Hişam bin Lahrisab əs-Saib əl Kəlbinin dilindən, o da Əbu Malikin dilindən, o da İbn Abbasın dilindən eşitdiyini nəql etdi. “İbrahim (ona həmdü-sənalar olsun) Sara öldükdən sonra saf ərəb soyundan gələn Kantura binti Məktur ilə evləndi. O da İbrahimə Madin və Mədayin adlı oğulları dünyaya gətirdi. Mədayinin isə Madiyan, Yənsan, Aşbak və Suc adlı övladları dünyaya gəldi. İbrahim (ona həmdü-sənalar olsun) İsmail, İshaq, Madin, Yənsanın onunla qalmasını, Madiyan, Aşbak və Sucun isə onu tərk etməsini buyurdu. Onlar isə bunu söylədilər:”Necə olur ki, sən İsmail, İshaq, Madin, Yənsanın sənin yanında təhlükəsiz, hüzur içində qalmasının doğru olduğunu düşünür, bizi isə qürbətə qovur və yalqızlığa, qəribliyə məhkum edirsən?” O, da onlara bunları söylədi:

“Bu qərarı yerinə yetirməyi mənə əmr etdilər. Lakin mən sizə Uca Allahın isimlərindən birini bildirəcəm. Siz bu ismin yardımıyla düşmənlərinizi üstələyəcək və göylərdən yağış endirməyi bacaracaqsınız”. O cür də qərar verdi. Onlara bu ismi bildirdi. Onlar da onu tərk edib yola düşdülər. Xorasana çatıb orada məskun olaraq artdılar və onlarla düşmənçilik edənləri də üstələdilər. Onlar barədə Nuhun oğlu Yafəsin soyundan gələn xəzərlərə xəbər çatdı. Xəzərlər onların yanına gəldilər. Onların qızlarını alıb zövcə etdilər və öz qızlarını onlara zövcə olaraq verdilər. Bəziləri isə, onlarla qaldılar, digərləri isə geri qayıtdılar” [ibid, s.50].

Xəzərlər adıyla bu qaynaqda ola bilsin ki, həm də bütün şimal türkləri, eyni zaman da türqislər nəzərdə tutulub. Çünki bütün bu şimal türkləri Xorasan türkləri ilə yaxın əqraba kimi göstərildikdə Xilafətə həm geneoloji baxımdan, həm də mental olaraq yaxın mövqeyə qoyulurdular. Və rəvayətlərə görə İbrahimin Kanturadan övladlarını “qovması” da ilahi hikmətin və qədərin cizgisi kimi təsvir olunurdu. 

Amma bunlara baxmayaraq o zamankı ərəb aləmində Kantura övladları və türklərlə əlaqədar həm də qorxunc, vahiməli, bədbin perspektivli kəhanətlər və rəvayətlər də gəzirdi. Aşağıda bəzilərini misal çəkək:

“Abdallah bin Əmr bin əl-Asın sözlərindən: “Çox keçməmiş Kanturanın törəmələri sizi İraqdan vurub çıxaracaqlar”. Mən də soruşdum: 

— Sonra qayıda biləcəyikmi?

— Bunu istərdizmi? 

— Bəli. 

— Sonra qayıdacaqsınız və bu da həyatda sizin yeganə təsəlliniz olacaq” [ibid, c.25].

Eyni qaynaqdan bir digər rəvayət:

“Allahın elçisinin dilindən: “Bəsrə, ya da Büseyrə adlanan torpaqları Kantura övladları basacaq və Dəclə çayının sahilindəki ağacların kölgələri altında məskun olacaqlar. İnsanlar üç qrupa bölünəcəklər. Birincilər zorla adətlərini tərk edərək əriyib yox olacadlar. İkincilər könüllü olaraq öz dinlərini, adətlərini tərk edəcəklər. Üçüncülər isə kürəklərini öz yaxınlarına sipər edərək çarpışacaqlar. Allah onların köməyi olsun” [ibid, c.24].

Türklər barədə bu səpgidə o dövr üçün bir sıra hədis və rəvayətlər dolaşırdı. Bu rəvayətlərdə Yəcuc və Məcucun nəsilləri kimi türklərə Fəratla Dəclə vadisi əhalisi üçün faciə ilə nəticələnən qorxunc, apokaliptik rol ayrılırdı. Lakin əl Cahiz kimi müəlliflər öz yazılarında bu hədislərin əsassız olduğunu, xalq arasında nifaq, qarışıqlıq çıxarılması məqsədilə uydurulduğunu qeyd edirdilər:

Sizlər yəqin ki, Kantura övladlarının divarı haqda və onların süvari birliklərinin əs-Savad torpaqlarını (Mesopotamiya – E. Ə.) basacağı barədə söz-söhbətləri eşitmisiniz. Bu hədisləri insanları qorxutmaq və dəhşət saçmaq üçün uydurmuşlar. Onlarsa öz çoxsaylı orduları ilə İslama arxa, xəlifələrə də, dayaq, müdafiə, sığınacaq, güvəniləcək sipər və üst paltarı əvəzləyəcək can köynəyi oldular. Bizə çatan xəbərlərdə isə deyilibdir: “Türklər sizinlə sülh içində olana qədər siz də onlarla sülh içində qalın”. Bu nəsihət bütün ərəblərə aiddir. Və yalnız bu cür davranmaqla biz əmin-amanlığı qoruyub saxlaya bilərik” [ibid, c.97].

Göründüyü kimi artıq Abbasilər dövründə türklər İslam aləmində sadəcə hörmət ediləcək, sayılacaq qüvvə deyildilər. Onların həm də təşəkkül tapan yeni dini cərəyan qarşısındakı xidmətləri hər zaman qeyd edilir və türklər həm Xilafətin, həm də xəlifələrin qoruyucuları, müdafiçiləri kimi təqdim olunurlar. Bu mövqe arıtq türklərlə davamlı surətdə hərb edən, onlar barədə qorxunc, dəhşət saçıcı apokaliptik hədislər uyduran Əməvilər (661-750) zamanındakı türklərin mövqeyindən kəskin şəkildə fərqlənir. Və artıq Abbasi dönəmi müəllifləri Xorasan türkləriylə İbrahim peyğəmbərin törəmələri arasında əqrəba bağları axtarıb tapır, onların nəslini isə birbaşa Kanturaya qədər çıxarırdılar. Kantura, Bibliyadakı deyimlə Xettura Əhdi Ətiqdə, konkret olaraq isə Tövrat kimi bilinən Musanın xəmsəsində İbrahimin xanımı kimi tanıdılır:

1. İbrahim Xettura adlı başqa qadını özünə zövcə etdi.

2. Xettura ona Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuaxı doğurdu.

3. Yoqşandan Səba və Deda törədi. Dedanın oğulları [Raquil, Navdeil,], Aşurim, Letuşim və Leyumim idilər.

4. Midyanın oğulları Efa, Efer, Xanox, Avida və Elda idilər. Bunların hamısı Xetturanın övladları idilər

5. İbrahim özünə məxsus nə varsa hamısını oğlu İshaqa verdi.

6. ibrahimin kənizlərindən olan oğullarına isə, hələ sağlığında hədiyyələr bəxş edib onları İshaqdan uzaqlaşdıraraq gündoğana, şərq torpaqlarına tərəf göndərdi [2, 25/1-6].

Mətndə keçən “zövcə” və “kənizlər” ifadələri daha sonrakı Bubliya şərhçiləri arasında dolaşıqlığa yol açmışdır. Həm də Musanın Xəmsəsindən sonra Əhdi Ətiqin birinci Parallipomenon kitabında Xettura artıq İbrahimin zövcəsi deyil, kənizi kimi qeyd olunmuşdur [3, 32]. Lakin nəzərə alaq ki, Əhdi Ətiqin birinci Parallipomenon kitabı Musanın Xəmsəsindən çox yüzillər sonra qələmə alınmışdır. Bu halda Xetturanın patriarx Avramın kənizi deyil, zövcəsi olması daha məntiqli görünür. Bütün bunlara rəğmən Əhdi Ətiq şərhçilərinin bir qismi Xetturanı Avramın kənizi, digərləri isə zövcəsi kimi qəbul edirlər. Halbuki ərəb və müslüman ənənəsinə görə Kanturanı İbrahim peyğəmbərin zövcəsi kimi tanıyırlar. Suriyalı səlnaməçi Qriqori Bar Ebrey (1226-1286) isə, Xetturanı (qaynaqda Kentura – E. Ə.) türk hökmdarının qızı olaraq qeyd edir [1, с 24]. 

Xetturanın adı bəlkə də xettlərlə (hitit) bağlıdır. Çünki İbrahim peyğəmbərin yaşadığı zaman Xett Padşahlığı dövrünə aiddir. Həm də o zamanlar Suriya və Fələstin Xett dövləti əraziləri tərkibində idilər. Və o dövrlərdə bu ərazilərdə çox sayda xettlər və amorey tayfaları məskun idilər. Belə halda xett hökmdarı, ya da əyanının qızı patriarx Avramın kənizi deyil, zövcəsi olmalıdır. Həm də yəhudi səlnaməçisi İosif Flavinin də yazdıqlarına görə Avraam Xettura ilə Saranın ölümündən sonra evlənmiş idi [4, I/14-15]. Və o vaxtı onun artıq kənizləri mövcud idilər. Tarixşünaslıqda çox bilinməsə də Xett dövlətinin əsasını erkən köçəri skit boyları təşkil edirdilər. Belə halda Qriqori Bar Ebreyin Xettura barədə türk hökmdarının qızı kimi verdiyi məlumatın arxasında hansısa gerçək tarixi vaqeələr dura bilər.

Yuxarıda qeyd olunmuş idi ki, sak partlardan (parfyanlar) olan Arsakilər də erməni qaynaqlarında Xetturanın övladları sayılırdılar. Erməni dilli qaynaqlarda bu barədə maraqlı məlumatlar vardır. Bu verilən bilgilər əsasında biz Xorasan türkləri ilə partlar arasında bəzi paralellər apara bilərik. Ilk olaraq Xorenli Musanın kitabında keçən bəzi məqamlara toxunaq:

“Müqəddəs Yazılar bizə İbrahimin Adəmdən sonra iyirmi birinci patriarx olduğunu bildirirlər. Part tayfalarının nəsilləri başlanğıclarını ondan alırlar. Çünki deyilir ki, İbrahim Keturanı özünə zövcə etdi. Ondan Emran və onun qardaşları dünyaya gəldilər. Onları İbrahim öz sağlığında İshaqdan aralayıb şərq diyarlarına yolladı. Onlardan da part tayfaları törədilər. Partların da arasından makedoniyalılardan ayrılan və kuşanlar ölkəsində otuz bir il hökmranlıq edən Cəsur Arşak çıxmışdı. Ondan sonra onun oğlu Artaşes iyirmi altı il hökmranlıq etdi. Sonra da onun Antioxu öldürən, öz qardaşı Valarşakı Armeniya üzərində hökmdar və özündən sonra ikinci şəxs təyin edən Ulu ləqəbli oğlu Arşak hökmranlıq etmişdi” [5, II-68].

Demək ki, müsəlman ərəb və süryani qaynaqlara görə İbrahimin Kanturadan olan oğulları Xorasan türklərinin əcdadları saylır. Erməni qaynaqlarına görə isə partların. Hələ Əhəmənilər zamanından bilinən Partiya ölkəsinin yerləşdiyi bölgənin Xorasan diyarı ilə coğrafi olaraq üst-üstə düşməsi də burada vacib tarixi faktdır. Və göründüyü kimi köçəri saklar nəslindən gələn partlar bu diyarları hələ qədim zamanlardan ələ keçirmişdilər. Onların köçəri sak-skit (qədim oğuz) boylarından olduğunu antik müəlliflər dəfələrlə qeyd etmişlər. Məsələn Strabon bu barədə aşağıdakı qeydləri ötürür:

Sonra skit Arsak Oksu çayı boyu yaşayan aparnlar kimi də adlanan bir qism köçəri daylar ilə Partiyaya hücum çəkib oranı əldə etdi” [6, XI-9/2].

Day və aparnlar antik mənbələrin dəfələrlə Xəzərdən şərqdəki ərazilərdə qeyd etdikləri köçəri sak tayfalarıdır. Maraqlıdır ki, bu gün də Manqışlaq ərazisində qazaxların aday adlı tayfaları məskunlaşmışlar. Və görünür ki, antik mənbələrin həmin ərazidə qeyd etdikləri day adlı köçəri sak tayfaları ilə həm coğrafi olaraq eyni ərazidə lokalizə olunmaları, həm də isim olaraq adlarının üst-üstə düşmələri heç də təsadüfi deyildir. Skit aparnlar isə böyük ehtimalla sonrakı dönəm bizans-roma qaynaqlarında adları keçən türk avar tayfaları ilə eynilik təşkil edirlər. Bəzən varxonit kimi də adlanan bu avarlar indiki Əfqanıstan və Pakistanın bir qismində mövcud olmuş Ağ Hun, ya da digər adla Eftalitlər (Avdalilər) dövlətinin də təşəkkülündə mühüm rol oynamışlar. Xorasan diyarının əski erməni-qrabar mətnlərində adı əsasən Apar kimi keçir. Bu da şübhəsiz ki, aparn-avar tayfalarının adıyla əlaqədardır. Strabon və digər antik müəlliflərin verdiyi məlumatlara görə bu iki day və aparn sak-skit tayfaları Arsakilər dövlətinin (m.ö. 250 – m.s. 228) yaranmasında vacib rol oynamışlar. Arsakilər dövlətinin də əraziləri Hindistandan tutmuş Aralıq dənizinəcən, bəzi hallarda isə Kappadokiyaya qədər ölkələri əhatə edirdi. Təbii ki, bu ərazilərə Armeniya da daxil idi. Günümüzə qədər gəlib çatan klassik hind mətnlərində sak və skit tayfaları hamılıqla türk mənşəli kimi qeyd olunurlar. Və bu mətnlərdə sak-iskitlər turukha və ya turuksha, yəni türk adlandırırlar [7, с. 69]. Bu mətnlərə bələd olan Hindistanlı tarixçi Çandra Çakraberti qaynaqlarda keçən bəzi məqamlara öz tədqiqatlarında yer verir. Qədim hind mətnləri olan purana və catakalara əsaslanaraq Çakraberti qeyd edir ki, avarlar hind qaynaqlarında abhiras kimi tanınır və sak-skit tayfalarına aid edilirlər [8, s. 131-132]. Onun hind qaynaqlarına əsaslanaraq verdiyi məlumatlara görə bu turukşa saklar indiki Əfqanıstan, Kaisi, Taxila, Qərbi Pəncab, Matxura, Malavu, Maxaraştru, Sind cə Qudcarat kimi ölkələri hələ qədim zamanlardan öz hakimiyyətləri altına almışdılar [7, s. 320-321]. Və təbii ki, hind qaynaqlarında Parthava kimi tanınan sak partlara da yer verilmişdir [8, s. 167]. Yəni bu sak partlar da hind mətnlərində turukha, ya da turuksha kimi tanınırlar.

Makedoniyalıların süqutundan sonra Midiya, Atropatena, Albaniya və Armeniya ölkələrinin hökmdarları Arsaki sülaləlisndən təyin edilirdilər. Maraqlıdır ki, bəzi antik müəlliflərə görə partlar Misir kralı Sesotrislə savaşmış skit ordularından sonradan qopan saklar idilər. Burada Misir kralı Sesotrislə savaşmış skitlər barədə mövzu Xett hökmdarı III Xattusili ilə Misir firoonu II Ramzes arasında baş vermiş məşhur Kadeş savaşıdır (m.ö. 1275-ci il). Əslində Хаттусили adı akkadca Kxitasir – “Xetlərin çarı” titulunun sadəcə təhrif olunmuş şəklidir. Yəni Хаттусили/Kxitasir hökmdarın əsl adı deyil, sadəcə onun padşahlıq mövqeyini ifadə edən termindir. Misir kralı Sesotrislə savaşmış skitlərə toxunan bəzi Roma qaynaqları skit hökmdarının adını Tanay, ya da Tanauzis kimi qeyd edirlər. Bu tarixi qeydləri də günümüzün akademik tarix mərkəzləri göz ardı edirlər. Qeyd edək ki, bu günkü avro-sentrik təmayüldən fərqli olaraq hələ XIX əsrdə və XX əsrin əvvəlində fəaliyyət göstərən bir çox tarix mütəxəssisləri partları digər skitlər kimi turani, daha konkret olaraq isə türk mənşəli xalq kimi qəbul edirdilər. Onlardan biri də bir çox qədim dillərin bilicisi, Qədim Mesopotamiya tarixinə gözəl bələd olan və bir çox mixi yazıları deşifrə edən Henri Ravlinsonun kiçik qardaşı, ingilis tarixçisi Corc Ravlinson idi. O da öz tədqiqatlarında partları, yəni Arsakiləri tatar və türkmən şivələrində danışan türk boyları hesab edirdi [9, s. 14-15]. Xatırladım ki, o dövrdə Yaxın Şərqin tarixini tədqiq edən bir çox araşdırmaçılar tatarca dedikdə Azərbaycan və Qafqaz türk ləhçələrini nəzərdə tuturdular.

Mərkəzi part Arsaki dövləti eramızın 226-cı ilində Sasanilər tərəfindən devrildi. Amma ətraf bölgələrdə Arsaki nəslindən gələn sülalər yarımüstəqil şəkildə hakimiyyətdə qalmışdılar. Və Armeniyada Kiçik Arsakilər də 428-ci ilə qədər hakimiyyətdə qalmağı bacardılar. Lakin mərkəzi Arsakilər dövləti devrildikdən sonra Armeniyadakı Kiçik Arsakilər Roma İmperiyasından asılı vəziyyətə düşdülər. 428-ci ildən sonra isə tam olaraq bütün imtiyazlarını itirdilər. Və bununla da Armeniyada ən son monarxik sülalənin varlığına son qoyuldu. Lakin bu dövrə qədər Armeniya onların əlindən xristian dinini, ilk xristian Qriqorian patriarxlarını qəbul etdi. Bu patriarxlardan biri də V əsrin ilk yarısında fəaliyyət göstərmş, Armeniyada dil reformunun tətbiqində və erməni əlifbasının tətbiq olunmasında vacib rol oynamış Saak Partev (partlı) idi.

Xorenli ləqəbindən görünür ki, Musa Xorenli də partların Suren nəslindən gəlirdi. Bilinir ki, Xorenli Musa antik yunan mədəniyyətinə vurğun biri idi və antik yunan ənənəsində partların Suren nəslinin adı Xoren kimi tələffüz olunurdu. Onun kitabında gedən bəzi sətiraltı mülahihəzələr göstərir ki, Musa Xorenli türk dili ilə tanış idi. Həm də onun tərəfindən part Arsakilərin nəslinin Bibliyadakı Xetturaya aparıb çıxarmasından görünür ki, o Arskilərin arxiv yazılarından xəbərdarmış. Onun kimi başqa erməni yazarları da buna bənzər məlumatlar ötürüblər. Ən maraqlı məlumatı isə XIV əsrdə Göyçə gölünün yaxınlığındakı türkcə Dəli Qardaş adlı kəndin sakini Əyrivəngli Mxitar öz xronoqrafik təfsilatlı kitabında qoymuşdur:

“Avramın anasının adı Malkata, Saranın isə Zemruta idi. Avram on beş yaşından etibarən Tanrını arayırdı. Altmış yaşındasa, Tanrını gördü və söylədi: “Biz Tanrını bulduq. Sənin mülkünə, hökmünə həmdü-səna olsun. Şanın bütün yer üzünü bürüsün.” Xaldilərdən olan zövcəsini və oğlu Oresti buraxdı. Səksən yaşında Aqardan (Həcər – E.Ə.) İsmayılı dünyaya gətirdi. Ondan ərəblər törədilər. Klimentin yazdığına görə Avramdan öncə cənub ölkələrində kişi və qadınları sünnət etmək adəti vardı.Bu səbəbdən 99 yaşında Tanrı ona oğlan uşaqlarını sünnət etməyi buyurdu. Yüz yaşında o İshaqı dünyaya gətirdi. Yüz qırx səkkiz yaşında isə, o Ketturanı özünə xanım etdi. O da ona altı oğulu – Emran, Eskan, Ektan, Madian, Esbok və Sovivi doğurdu. Onlardan paxlavlar, maqlar, xataylar, tatarlar, yəni movlar və ya muşklar törədilər” [10, с. 376].

Təbii ki, tarixi səlnamə baxımından Əyrivəngli Mxitarın burada patriarx Avramın yaşamı barədə verdiyi məlumatlar bizim üçün yeni deyildir. Çünki bu cür məlumatlar hər üç Abramist dini rəvayətlərdə yer almışdır. Lakin Əyrivəngli Mxitarın səlnaməsi erməni mənşəli sayılır və bu məlumatlarında o paxlavları (partları), maqları (atropatenləri), xatayları (xitaylar-şərqi türklər), tatarları və movklarla (muğanlılar) muşk tayfalarını Xetturanın törəmələri kimi təqdim etmişdir. Demək ki, erməni səlnamə ənənsinə görə türklərlə partlar eyni soydan gəlir və eyni qanı daşıyırdılar. Məlumat üçün bildirək ki, Əyrivəngli Mxitarın xronoqrafik səlnaməsinə görə patriarx Avram Xettura ilə m.ö. 1800-ci illərdə evlənmişdir.

Əyrivəngli Mxitardan başqa digər orta əsr erməni səlnaməçiləri də partları, Arsakiləri türklərlə eyni soydan gəldiyini qeyd etmişlər. Məsələr Kanakerli Zəkəriyyə (XVII ə.) öz səlnaməsində iki dəfə özbəkləri part, partlı adlandırır [11, s. 44, 228]. O da öz kitabında part Arsakın Xetturanın nəslindən gəldiyini qeyd etmişdir [ibid, s.33]. Yəni daha bir erməni səlnaməçisi partlarla türklərin eyni nəsildən olduğunu vurğulamışdır. Demək ki, Kanakerli Zəkəriyyə və onun üzünü köçürdüyü ermənicə tarixi qaynaqların müəllifləri Arsakiləri türk olaraq görürdülər. Və təbii ki, ilk dini patriarxları Aydınladıcı Qriqorinin də türk köklərini qəbul edirdilər.

Bənzər məlumatları həm də XIII əsrdə yaşamış və daha çox Makakiya adıyla tanınmış digər erməni səlnaməçisi Aknerli Qriqori qoyub getmişdir. O da öz səlnaməsində Cəsur Arşakın və Aydınladıcı Qriqorinin Xetturanın nəslindən gəldiyini yazmışdır. Tatarları isə o Xettura övladları ilə skitlərin, daha konkret türklərin – Volqadan, Xəzərdən Himalaya qədər çöllərə sahib olan Torkomun övladları ilə qarışımı hesab edirdi. [12, с. 3-4].

Təbii ki, yuxarıda misal çəkilən tarix qaynaqlardan nümunələr daha çox səlnamə xarakteri daşıyır. Və bu məlumatların tam dəqiqliyini təsbit etmək çətindir. Çünki, bir çox tarixi qaynaqlar əsrlərin gərdişində itib getmişlər. Bu səbəbdən də Xorasan türkləri, ya da onların bir qisminin qenealoji xəttini izləyib tapmaq müşkül məsələdir. Çünki İbrahim peyğəmbərin yaşadığı dövrlə Xorenli Musanın və erkən islam dövrü ərəb səlnaməçilərinin arasındakı zaman dövrü çox genişdir. Bu dövrlər arsında mövzu üzrə yazılan səhih məlumatlar yox dərəcəsindədir. Lakin erkən islam dövrü ərəb səlnaməçiləri ilə erməni səlnaməçilərin paralel olaraq Xorasan türklərini və Xorasanlı partları və Arsakiləri eyni geneoloji nəsilə gətirib çıxarmaları da danılmaz maraqlı tarixi faktdır. Və dolayı olaraq partların və Arsaki sülaləsinin də türk mənşəli olmalarının daha bir təsdiqidir. Bu Arsaki sülaləsi də tarixi bilgilərə görə Armeniyaya dörd yüz ildən artıq bir dövrdə hökmranlıq etmişlər. Buraya hind mətnlərində saklarla, partların türk olduqlarını qeyd edən faktları da əlavə etsək tarixi perspektiv daha da aydınlanır. Bundan başqa yuxarıda da bildirildiyi kimi erməni səlnaməçiləri də bir neçə dəfə partlarla türklərin eyni nəsildən olduğunu qeyd edirlər. Yəni Armeniyanı dörd yüz ildən artıq bir dövrdə idarə etmiş part Arsakilərin, həm də Aydınladıcı (Maarifçi) Qriqorinin türk mənşəli olmaları erməni səlnamə ənənəsi üçün təbii hal idi.

_________________________

İstifadə olunmuş ədəbiyyat:

1. Ф. М. Асадов АРАБСКИЕ ИСТОЧНИКИ О ТЮРКАХ В РАННЕЕ СРЕДНЕВЕКОВЬЕ. Баку 1993.
2. ВЕТХИЙ ЗАВЕТ, книга БЫТИЯ.
3. ВЕТХИЙ ЗАВЕТ. 1-я Паралипоменон.
4. Иосиф Флавий ИУДЕЙСКИЕ ДРЕВНОСТИ.
5. Моисей Хоренский ИСТОРИЯ АРМЯН.
6. Страбон ГЕОГРАФИЯ.
7. Chandra Chakraberty LITERARY HISTORY OF ANCIENT INDIA In Relation to its Racial and Linguistic Affiliations. Calcutta, New York 1951.
8. Chandra Chakraberty THE RACIAL HISTORY OF INDIA, Calcutta, 1922.
9. George Rawlinson THE SEVEN GREAT MONARCHES OF THE ANCIENT EASTERN WORLD, том III.
10.
11. Закарий Канакерци ХРОНИКА. Москва 1969.
12. Инок Магакия ИСТОРИЯ НАРОДА СТРЕЛКОВ. Перевод Керопа Патканова. Москва 1871.


Qafqaz Tarixi Mərkəzi,
Elşad Əlili
Əqli Mülkiyyət Agentliyi eksperti

0 коммент.:

Отправить комментарий

Самые читаемые

Последние обновления

Ключевые фразы

история (72) Азербайджан (71) Россия (37) армянский терроризм (34) новости (28) Армения (24) Тюрки (24) Кавказ (23) армянские фальсификации (19) Османская Империя (18) Турция (17) этнография (15) Аббас Исламов (14) Карабах (14) армяне (13) архивы США (11) культура (11) азербайджанская кулинария (8) тюркология (8) Баку (7) Ближний Восток (6) Иреван (6) США (6) проекты (6) Грузия (5) Ризван Гусейнов (5) армянский геноцид (5) армянство (5) лаваш (5) русский терроризм (5) 20 января (4) Ереван (4) армянский вопрос (4) сепаратизм (4) скифы (4) ссср (4) Нагорный Карабах (3) Тбилиси (3) Ходжалы (3) Эчмиадзин (3) армянские националисты (3) дашнакцутюн (3) история Азербайджана (3) фальсификации (3) 366 полк (2) Azərbaycan (2) АДР (2) Азербайджанская Демократическая Республика (2) Арпа-су (2) Арпачай (2) Девичья Башня (2) Дербент (2) Джавахетия (2) Иреванское ханство (2) Кавказская Албания (2) Ксенофонт (2) Фуад Ахундов (2) Эльшад Алили (2) Эриванская крепость (2) арменизация России (2) армянский язык (2) архивы (2) видеоархив (2) гаргары (2) гнчак (2) греческие источники (2) григориансто (2) детектор лжи (2) дудук (2) присвоение (2) пророк Мухаммед (2) саки (2) тандыр (2) тендир (2) формирование армян (2) христианство (2) церкви (2) этногенез (2) Albaniya (1) Arpasu (1) Encyclopaedia Britannica (1) Qarabağ (1) bozbaş (1) etimologiya (1) kilsələr (1) lülə-kabab (1) qədim türklər (1) tarix (1) vəng (1) Агафангел (1) Агванк (1) Агдам (1) Азыхское ущелье (1) Албания (1) Америка (1) Анаит (1) Англия (1) Андраник (1) Анна Акопян (1) Араз (1) Аракс (1) Аран (1) Ариф Керимов (1) Артемида (1) Аршакиды (1) Ахалцихе (1) Байрон (1) Богдан Кобулов (1) Бюзанд (1) В поисках Солнца (1) Васиф Бабаев (1) Великобритания (1) Гандзасар (1) Гарегин Нжде (1) Гиперборея (1) Горбачев (1) Гюнзар (1) Давид армянин (1) Дагестан (1) Евсевий (1) Закавказье (1) Зангезур (1) ИГИЛ (1) Иосиф Орбели (1) Иран (1) Ислам (1) Исмаилбей (1) Ишкузай (1) КСИР (1) Казахстан (1) Киракос Гандзакеци (1) Коран (1) Лори (1) Маргарет Тэтчэр (1) Мария Захарова (1) Месопотамия (1) Митра (1) Молотов (1) НКВД (1) Наил Велиев (1) Нахичеван (1) Нина Гарсоян (1) ООН (1) Палыдлы (1) Парфия (1) Перу (1) Рамиз Фаталиев (1) Роберт Чеда (1) САР (1) СМИ (1) СМИ России (1) Сен-Мартен (1) Сирия (1) Сисакан (1) Сталин (1) Стамбульский трибунал (1) Учкилсе (1) ФЛНКА (1) Фортуна (1) Хайк (1) Хасан Джалал (1) Хачмаз (1) Хеттура (1) Хорасан (1) Хоренаци (1) Храхоба (1) Центр Истории Кавказа (1) Чарльз Пауэлл (1) Шамкирская битва (1) Шуша (1) Эривань (1) Яфет (1) аккадский язык (1) аналитика (1) армяне США (1) армяне кипчаки (1) армянские источники (1) армянский епископ (1) армянский католикос (1) армянский палач (1) армянский плагиат (1) археология (1) архитектура (1) арцах (1) балабан (1) бастурма (1) библия (1) бозбаш (1) большевики (1) брит-мила (1) британский архив (1) вайнахи (1) валериан мадатов (1) война (1) вторжение русских (1) генерал Паскевич (1) геноцид (1) геноцид азербайджанцев (1) грузинские генералы (1) депортация азербайджанцев (1) диаспора (1) древность (1) евреи (1) езиды (1) захоронения (1) ингуши (1) история Армении (1) казаки (1) карты (1) кремль (1) крымские татары (1) кулинария (1) курганы (1) курды (1) лезгины (1) месхетинцы (1) мечеть Омейядов (1) мифотворчество (1) наследие (1) национальное движение (1) новый год (1) нумизматика (1) обычай (1) огузы (1) основатели Азербайджана (1) открытие дороги (1) охранные грамоты (1) палеонтология (1) перехваченное письмо (1) питекантроп (1) пити (1) подделки (1) прозелитизм (1) пророк Ной (1) проституция (1) путук (1) разрушение (1) резолюции (1) римские монеты (1) российские СМИ (1) российские императоры (1) российский фашизм (1) русские (1) св. Варфоломей (1) сепаратисты (1) социология (1) союзничество (1) суджуг (1) талыши (1) татары (1) тигранакерт (1) транспортные пути (1) убийства (1) уничтожение наследия (1) фейки (1) фото-факты (1) хазарейцы (1) храм воскресения (1) христиане (1) царица Эрато (1) чеченцы (1) чыхыртма (1) шамхорская резня (1) шашлык (1) шумерский язык (1) экстремизм (1) этимология (1) этнические чистки (1) этруски (1) язык Бога (1) վանք (1)

Copyright © Центр Истории Кавказа |