Türk dilində var olan “su” termini hələ əski türkcə mətnlərində qeydlərə keçmiş və çayların, göllərin, dənizlərin, digər su hövzələrinin adında yer almışdır [1, s. 512, 515]. Bilinən ən əski mətnlərdə “su” termini coğrafi adlarda hidroformant kimi çıxış edir. Buna misal olaraq kök türklərin şanlı vəziri Tonyukukun xatirəsinə həsr edilmiş runik yazılı daş kitabədə keçən Anısu adlı çayın adını çəkmək olar [2, s. 110]. Bu gün də geniş türk dünyası coğrafiyasında su hidroformantı Ağsu, Qarasu, Muradsu, Yincisu, Sarısu, Qızılsu, Batmansu, Koysu və d. çay adlarında iştirak edir. Bəzən də su hidroformantı türk coğrafiyasında bulaqların və mineral qaynaqların adlarında da yer almışdır. Məsələn Turşsu, Temirsu (Jeleznovodsk), Kızılsu (Krasnovodsk-Türkmənbaşı) və s.
Показаны сообщения с ярлыком Albaniya. Показать все сообщения
Показаны сообщения с ярлыком Albaniya. Показать все сообщения
пятница, 22 января 2021 г.
Posted by Центр Истории Кавказа at пятница, января 22, 2021
Category: этнография, Albaniya, Arpasu, Azərbaycan, qədim türklər, tarix
No comments
Подписаться на:
Сообщения (Atom)